Qeyri-adi nikah müqaviləsi: küsülü yatmaq qadağandır!

Bu gün, 11:14           
Qeyri-adi nikah müqaviləsi:
İspaniyanın “Real Madrid” klubunun 18 yaşlı braziliyalı hücumçusu Endrik model Qabrieli Miranda ilə Madriddə ailə həyatı qurub.

TEREF xəbər verir ki, onlar arasında qeyri-adi “sevgi müqaviləsi” imzalanıb.

Cütlük əslində ötən ilin sentyabrında evlənib, lakin indi ailə və dostlarının iştirakı ilə böyük mərasim təşkil ediblər.

Endrik müqavilənin bəzi şərtlərini açıqlayıb. Müqaviləyə əsasən, cütlük hər gün bir-birinə “səni sevirəm” deməlidir və küsülü halda yatmaq qadağandır.

İctimai yerlərdə dalaşmaq və əl-ələ tutmadan gəzmək də müqaviləyə ziddir. Həmçinin, tərəflər hər hansı asılılıq və davranış dəyişikliyinə yol verməməlidir.

Endrik bildirib ki, şərtlərə əməl etməyən tərəf ay sonunda digərinin istədiyi şeyi etməli olacaq./modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru