Sərdar Ortaç sevənlərini kədərləndirdi

Bu gün, 07:24           
Sərdar Ortaç sevənlərini kədərləndirdi
Türkiyənin məşhur müğənnisi Serdar Ortaç son açıqlaması ilə diqqətləri yenidən üzərinə çəkib.

TEREF Yenisabah.az-a istinadən xəbər verir ki, səhhətindəki problemlərlə yanaşı şəxsi həyatında da çətin dövr yaşayan sənətçi mirası ilə bağlı verdiyi qərarla hər kəsi təəccübləndirib.

Hazırda kirayə evdə yaşayan Ortaç artıq hər şeyi satmağa başladığını deyib:

“Bütün əmlakımı satıram. Mirasımı isə köməkçimə buraxacağam. O, artıq 27 ildir yanımdadır. Bacı-qardaşım yoxdur, valideynlərim dünyasını dəyişib. Mənə can yoldaşı olub. Onun hər şeyə haqqı var”.

Ortaç bu sözləri ilə həm təkliyini, həm də yaxınlarına olan etibarını bir daha vurğulayıb. O, həmçinin şəxsi həyatında yaşadığı sıxıntıların onu bu cür qərarlar verməyə vadar etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru