Bakıda vəzifəli şəxslərdən birinin qızının toy mərasimi baş tutub.
Axşam.az-ın məlumatına görə, Leyla adlı xanım Murad adlı şəxslə nikah masasına oturub.
“Gülüstan" sarayında baş tutan toy mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və müğənni-bəstəkar Emin Ağalarov da iştirak edib.
Gecədə əməkdar artist Abbas Bağırov, müğənni Xəyyam Nisanov da yer alıblar.
Toyda rusiyalı tanınmışlar Aleksandr Serov, Stasi, Soso Pavliaşvili iştirak ediblər.