Xalq artisti əsəbiləşdi: "Qadınlar əcəb edib xəyanət edir"- VİDEO

28-04-2017, 13:53           

Dünya TV-də yayımlanan və Mətbuat.az saytının informasiya dəstəyi olduğu "PAY" şou verilişinin "AYRILIQ" mövzusuna həsr edilmiş buraxılışında qonaq olan xalq artisti Flora Kərimova kəskin fikirləri ilə tamaşaçıları təəccübləndirib.

"Qadınlar hansı səbəblərdən xəyanət edir?" sualına Flora Kərimova belə cavab verib:

"Özüm etmərəm, çünki çox iradəli qadınam. Lakin hansısa sevən qadının oxu daşa dəyəndə, onu başa düşərəm. Biz qadınlar necə mübarizə aparmaylıq? Ya gərək ayağına yıxılaq yalvaraq, ya gərək deyək ki, get, amma ailəni atma. Siz kişilər bunları istəyirsiniz, siz hər şeyi boynumuza atmaq istəyirsiniz. Əcəb edib xəyanət edir qadınlar. Mən bunu zarafatla dedim, təbii ki. Hər şeyin günahkarı kişilərdir. Yığışdırın özünüzü kişilər!"

Verilişin digər qonaqları, müğənni Elnar Xəlilov və psixoloq Aygül Xəlilova da maraqlı fikirləri ilə yadda qalıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru