“Dedilər ki, bu nə gündədir, yarmarkaya gəlir...” - Nadir

4-07-2015, 13:56           
“Dedilər ki, bu nə gündədir, yarmarkaya gəlir...” - Nadir
Müğənni Nadir Qafarzadə geyimlərindən danışıb.

“Qafqazinfo”nun məlumatına görə, “Star life” verilişinə açıqlamasında müğənni bahalı geyimlər alan həmkarlarını qınayıb:

“Ayaqqabılarımın sayı hesabı yoxdur, corabı ayaqqabıma uyğun alıram. Rəngarəng corablar bahalı olur, axtarıb tapıram ki, geyimimə uyğun olsun. Deyirlər ki, 5 min manata pencək alıblar. Deyirəm ki, sən o pulu əziyyətlə qazanmısan, başın xarab olub? Artist adam 1 pencəyi 3 dəfə geyinə bilir. Ondansa, 5 minə bir neçə kostyum ala bilərsən.

Həmişə istəmişəm ki, balaca maşın sürüm, amma o zaman cəmiyyət məni qəbul etməyəcək. Deyəcəklər ki, bu nə gündədir, sürdüyü maşına bax, pulunu yığır, ondansa bahalı maşın alsın, pulları o dünyaya aparmayacaq. Yarmarkaya getmişdim, dedilər ki, bu nə gündədir, bu da bura gəlir? Mən çətin günlərimi unutmamışam, kasıblıqdan bu günə gəlmişəm, indi isə dövlətliyəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.