"Belə sevginin sonu belə acılı sonluqla bitir..." - Rəqsanə həbs edilən Fədayə Laçın haqda

31-10-2017, 16:18           

Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək həbs edilən Fədayə Laçına dəstək həmkarı, müğənni Rəqsanə İsmayılovadan da gəlib.

BiG.AZ xəbər verir ki, müğənninin sözlərinə görə, “Qoca” ləqəbli Etibar Məmmədovla sevgili olduğu deyilən F.Laçın saf sevgiyə qurban gedib:

"Bəzən başımıza nə gələcəyini bilmirik. Biz nədənsə yıxılana balta vururuq. Həyatda heç kim heç nədən sığortalanmayıb. Biz də insanıq. Nə olsun ki müğənniyik, qanun hamımız üçündür. Çox pis oldum, Allah ailənə səbr versin. Fədayə ilə yaxın dost olmasam belə, bir qadın, bir ana kimi üzüldüm. Allah yolunu açsın. Nədənsə biz, sənətdə olan insanlar belə gün olanda heç zaman bir-birimizə kömək olmuruq. Türkiyədə də müğənni Deniz Seki həbsə düşdü, amma çıxandan sonra bütün gün konsertlərdədir. O həbsdə olarkən həmkarları ona dəstəkolaraq klip çəkdilər. Baxın, səhv hamıda olur. Niyə biz insanı baltalayıb başına bir iş gələn kimi yıxmağa çalışırıq. Sevmək gözəldir, hər bir insan sevə bilər. Axı sevgi heç bir sərhəd, qorxu tanımır. Belə sevginin sonu belə acılı sonluqla bitir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.