Röya Yıldız Tilbenin albomunda BU MAHNINI OXUYACAQ - VİDEO

13-11-2017, 06:17           

Əməkdar artist Röya Ayxan "Poll production" tərəfindən hazırlanan Yıldız Tilbenin mahnılarından ibarət olan albomda yer alacaq.
Publika.az xəbər verir ki, bir müddətdir danışıqları gedən albomda türkiyəli ifaçılar Tarkan, Hande Yener, Demet Akalın, Aleyna Tilki və başqa sənətçilər Yıldız Tilbenin repertuarından mahnılar səsləndirəcək.
Hazırlıqlarına davam edən albomda müğənnilərin hansı mahnını ifa edəcəyi isə məlum olmağa başlayıb. Səsyazma studiyasına yollanan ifaçılar arasında Əməkdar artist Röya Ayxan da var. O, albomda Yıldız Tilbenin illər öncə səsləndirdiyi "Ummadığım anda" mahnısını ifa edəcək. Fərqli aranjimanda təqdim ediləcək albomun yayım tarixi isə hələ ki, bəlli deyil.
[media=https://www.youtube.com/watch?v=BG1ZNUVW67E]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru