"Bu Şəhərdə"nin aktyoru Coşqunun ölüm xəbəri yayıldı

14-11-2017, 12:56           

"Bu Şəhərdə" komandasının üzvü Coşqun Rəhimovun ölüm xəbəri sosial şəbəkələrdə yayılıb.

AZXEBER.COM xəbər verir ki, C.Rəhimovla bağlı "İnstagram"da bəzi profillərdə aktyorun vəziyyətinin qəflətən pisləşdiyi və rəhmətə getdiyi yazılıb.

Məlumat qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. Məsələ ilə bağlı "Bu Şəhərdə" layihəsinin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov məlumat paylaşıb. O, bu məlumatı yalan olduğunu və bilərəkdən kimlərinsə konsert ərəfəsində bu cür məlumatlarla işlərinə kölgə salmaq istədiklərini bildirib:

"Kimlərsə və "nələrsə", Bİzim Coşqunun adından, şöhrətindən, statusundan- istifadə edərək, onun haqqında ağzına və başqa orqanlarına gələni yazaraq, əfsuslar olsun, özlərinə reytinq və çörək qazanmaq istəyirlər.... və qazanırlar. Biləsiniz- sizin "xəbər"iniz özünüz kimi "odnorazovıy"dır. Dostlar! ALLAHA Şükür Coşqun sağ-salamatdır, keyfi yaxşıdır, əhvalı gözəldir, özüdə hal-hazırda bizim Londonda keçiriləcək konsertimizə hazırlaşır. Və Bizim Rafaelnən, onun ailəsi ilə bağlı, şəkilləri paylaşaraq, "sensasiya" yaratmaq istəyənlərin nəzərinə: - Adam erməni olmaz. P.s. Var olsun Bizim Tamaşaçılar!"

Xatırladaq ki, Coşqun Rəhimov bundan öncə də boğazından əməliyyat olunmuşdu. O bədxassəli şiş xəstəliyindən əziyyət çəkir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru