Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri - Siyahı

14-11-2017, 13:38           

Hər zaman bahalı həyat tərzləri ilə gündəmə gələn Azərbaycan şou-biznes ulduzlarının bu dəfə xaricdəki daşınmaz əmlaklarını araşdırdıq.
“Qafqazinfo” xəbər verir ki, məşhurlarımız daha çox Türkiyədə ev almağa üstünlük veriblər. Qonşu ölkənin İstanbul şəhərində Brilliant Dadaşova, Röya Ayxan, Nadir Qafarzadə, Zamiq Hüseynov, Ayan Babakişiyevanın mənzili var. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Şimali Kiprdə, Samir Piriyev isə Bodrumda ev sahibidir.

Bundan əlavə, Azərbaycanın xalq artisti, aktrisa Leyla Şıxlinskaya, Rəqsanə İsmayilova, Sərxan Kərəmoğlu, Nuri Sərinləndirici kimi tanınmışların Moskvada evləri var. Hər kəsə məlum olduğu kimi, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın Londonda mənzili mövcuddur. Həmçinin, xalq artisti Məleykə Əsədovanın ABŞ-da evinin olduğu deyilir.

Bundan başqa, Türkiyəyə birdəfəlik köçən və orada yaşayan İradə İbrahimova, Günel Zeynalova, Günay Musayeva kimi azərbaycanlı tanınmışlar öz mənzillərinin sahibidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru