Günü 15 manata işləyən fəhlənin möhtəşəm ifası - VİDEO

15-11-2017, 16:35           

"Azadlıq Radiosu" 23 yaşlı məcburi köçkün Elməddin Xanəliyev haqqında sujet hazırlayıb. "Qaynarinfo" xəbər verir ki, əslən Kəlbəcərdən olan Xanəliyevin ailəsini saxlamaq üçün fəhləlik etdiyi bildirilib.

Sujetde qeyd edilir ki, Bakıdakı tikintidə işləyən Elməddinin gözəl səsi var və muğam ifa edə bilir.

Anası xəstə olan gənc deyir ki,fəhləliklə günə 10-15 manat qazanır və ümidini itirmir.

Elməddin düşünür ki, kimsə, nə vaxtsa ona yardım əlini uzadacaq, o da bu ifaçılıq sənətinin arxasında gedə biləcək.

Qeyd edək ki, Neftçalanın Qaçaqkənd sakini, çoban Pərvin Səfərov da ifası ilə fenomenə çevrilmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru