“Rasim Balayevin dərman almağa pulu yoxdur...” - Zeynəb Xanlarova

17-11-2017, 14:34           

Xalq artisti, deputat Zeynəb Xanlarova Rasim Balayevin dərmanları ala bilməməsi ilə bağlı mətbuata verdiyi müsahibədən danışıb.
“Qafqazinfo” xəbər verir ki, deputat bu mövzuda susa bilməyəcəyini qeyd edib: “Mən dinməyə bilmərəm. Mədəniyyətimizə böyük töhfə verən, qəhrəman haqqında danışmaq istəyirəm. O elə sənətkardır ki, Nəsimini, Babəki yaradıb. Ona həkim iki dərman yazıb. Onu almağa pulu yoxdur. Mən üzümü Mədəniyyət və Səhiyyə Nazirliyinə tuturam. Bu adam xəstədir. Niyə baxmırlar ona? Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Aldığı pul nədir ki onu da dərmanlara versin?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru