Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyeva 10 yaşlı oğluna vağzalı çaldırdı, barmağına üzük taxdı - FOTO
18-11-2017, 10:12
Tanınmış xanəndə, xalq artisti Könül Xasıyeva oğlu Kazım üçün ad günü məclisi təşkil edib.
O, oğlunun 10 yaşını təntənəli şəkildə qeyd edib.
A24.Az xəbər verir ki, bu barədə aparıcı Azər Süleymanlı məlumat verib. O, “İnstagram” səhifəsində xalq artisti ilə olan fotosunu paylaşıb.
“Bu gün sənətkarımız balası Kazıma 10 yaş məclisi etdi. Vağzalı çaldırdı, boynuna şal saldı, barmağına üzük taxdı… Allah toyunu nəsib eləsin, əziz Könül xanım! Bir əliniz əsada olsa da, KÖNLÜNÜZ səmalarda süzürdü sevincdən. Sizi həmişə belə şad görək, KÖNÜLdən sevinən görək! Milli Dirçəliş Günü’nə təsadüf edən xoş gününüz həyatınızın yeni dirçəlişinə, bəxtəvər günlərinə təməl olsun!” – deyə aparıcı ürək sözlərini bildirib.
Qeyd edək ki, Könül Xasıyeva uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir.