Aktrisa Şəhriyara görə səfirliyə müraciət etdi: “Şərəfsizlər cəzalandırılsın!"

20-11-2017, 12:26           

İranda türk dünyasının Güney Azərbaycandan olan görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə hörmətsizlik edilib.
AzNews.az xəbər verir ki, sosial şəbəkədə şairin büstünün fotosu yayımlanıb. Görüntüdə şairin Məşhəd şəhərində ucaldılan büstünə qarşı hörmətsizlik edildiyi, büstün tanınmaz halda düşdüyü görünür.
Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova isə Şəhriyarın büstünə qarşı edilən hörmətsizlikə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə müraciət edərək hadisəni törədənlərin cəzalandırılmasını istəyib:
“Məhəmmədhüseyn Şəhriyar Azərbaycan xalqının əvəzolunmaz şairidir. İran İslam Respublikasında şairimizə qarşı edilmiş hörmətsizlik bütün Azərbaycan xalqına qarşı edilmiş hörmətsizlik sayılır. Mən xalqımın adından İranın Azərbaycandakı səfirinə müraciət edib demək istəyirəm ki, bu haqda tədbir görsünlər. Bunu edən şərəfsizlər cəzalandırılsın”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru