Azərbaycanlı erməniyə görə oyundan kənarlaşdırıldı - Qalmaqal

21-11-2017, 17:25           

"Nə? Harada? Nə zaman?” intellektual oyununda azərbaycanlı və erməni oyunçunun iştirakı ilə qalmaqal baş verib.

teref.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, qalmaqala səbəb sualın cavabının müzakirəsi zamanı Rövşən Əsgərovun arxasında dayanan izləyici Kim Qalaçyanın cavabı pıçıldaması olub. Bu, aparıcı Boris Kuryukun gözündən qaçmayıb. Erməni oyunçu zaldan qovulub, lakin Əsgərovun komandasının da cavabı qəbul edilməyib və onlar oyun stolunu tərk etmək məcburiyyətində qalıblar. Qələbə məsləhətləşmələrdən sonra avtomatik olaraq rəqib komandaya verilib.

Qərardan bərk hiddətlənən Rövşən Əsgərov isə cavabı nə özünün, nə də komanda üzvlərinin eşitdiyini bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru