Dedim, qarmonumu satıram, soruşdular, neçəyə… - Video

26-11-2017, 09:55           

Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov olub.

Xalq artisti ilk qarmonu barədə danışıb: “Atam mənə ilk qarmonu 1958-ci ilin sonu aldı. Onda 17 yaşım vardı. Həmin qarmonu elə bil, mənə Allah göndərmişdi. Yəni alınması təsadüfən olmuşdu. Görüb almışdıq.

İndi bütün Xəzəryanı ölkələrdə Allaha yalvarırlar ki, Avtandilin qarmonundan bizə də qismət olardı. Bir dəfə TV-də dedim ki, qarmonu satıram. Soruşdular, neçəyə? Dedim, heç neçəyə, 1 milyon dollara. O qarmon 1959-cu ilin qarmonudu. İndi də onunla edirəm ifalarımı.

İlk ifamı o vaxt Pionerlər evi vardı, orda etmişəm. Ordan Moskvaya göndərdilər. Beləliklə də fəaliyyətyim başladı”.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru