"Brit Awards” mükafatının sahibləri məlum olub

22-02-2018, 09:12           

Londonda 38-ci “Brit Awards” müsabiqəsi laureatlarının mükafatlandırma mərasimi keçirilib.



APA-nın xəbərinə görə, “Ən yaxşı kişi ifaçı” adına reper STORMZY layiq görülüb. “Ən yaxşı qadın ifaçı” Dua Lipa olub. “Ən yaxşı qrup” adına isə “Gorillaz” qrupu layiq görülüb. “Ən yaxşı videoçarx” nominasiyasında Harri Staylz (“Sign Of The Times”) qalib gəlib. Rag'n'Bone Man-in ifasındakı "Human” "İlin ən yaxşı mahnısı" seçilib.



“Ən yaxşı beynəlxalq qadın ifaçı” nominasiyasında müğənni Lord, “Ən yaxşı beynəlxalq kişi ifaçı” nominasiyasında isə Kendrik Lamar birinci olublar. "Dünya miqyasında uğur" nominasiyasında Ed Şiran qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru