Artıq manekenlərdən yox, sıradan qadınlardan istifadə olunur
23-02-2018, 08:06
"Vogue" jurnalının Britaniya versiyası dünyada ilk dəfə olaraq çəkiliş üçün qeyri-professional modellərdən istifadə edir. Bu qərarı nəşrin redaktoru Aleksandr Şulman qəbul edib.
Çəkilişlərdə tarixçi-arxitektor Şumi Boss, xeyriyyəçi Brita Fernandes, kreativ direktor Ceyn Hatçison iştirak ediblər. Onlardan heç biri daha öncə model biznesində iştirak etməyib. Bununla da Şulman müxtəlif peşə qrupundakı qadınlara moda dünyasının bir üzvü olmağa imkan yaradıb.
"Vogue" jurnalının yeni nömrəsi 6 oktyabrda dərc olunacaq. İlk sayda aktrisa Emili Blantın fotosu dərc olunacaq. Nəşrin redaktoru qadın aktrisa seçməsinin səbəbini belə izah edib ki, həmin aktrisa bu günə qədər ən çox sıradan qadın rollarını ifa edib.