“Lider”in bu serialı gülüş hədəfi oldu - TV-dən açıqlama

23-02-2018, 17:22           

Biz özümüz bu məsələ ilə məşğul olacağıq.
Bu barədə Kult.az-a son vaxtlar tamaşaçıların gülüş hədəfinə çevrilən “Ümid yeri” serialının yayımlandığı “Lider” kanalından verilən açıqlamada bildirilib.
“Bu mövzu ilə bağlı əlavə heç bir söz demək istəmirik”, - kanaldan bildirilib.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkə istifadəçiləri “Lider” kanalında yayımlanan “Ümid yeri” serialı haqda tənqidi fikirlərini yazırlar. İstifadəçilər serialın aktyor heyətinin peşəkar olmamasından və rejissor işinin kefiyyətsiz olmasından şikayət edirlər.
Artıq 15-ci bölümü yayımlanan serialın quruluşçu rejissoru Anar Məmmədəliyev sosial şəbəkədə öz mobil nömrəsini qeyd edərək onu tənqid edənləri “söhbətə” çağırmışdı. Rejissorun bu hərəkətini istifadəçilər gülüş hədəfinə çevirmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru