Rusiyada akrobat sirkdə çıxış zamanı yüksəklikdən yerə yıxılıb - VİDEO

25-02-2018, 11:05           
Rusiyada akrobat sirkdə çıxış zamanı yüksəklikdən yerə yıxılıb - VİDEO
Rusiyanın Avropa hissəsində yerləşən Elista şəhərində Zapaşnı qardaşları sirkinin akrobatı səhnədə çıxış zamanı hündürlükdən yerə yıxılıb. Hazırda o, reanimasiyadadır.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Kalmıkiya Respublikası administrasiyasına istinadən TASS məlumat yayıb.

"Sirkdə bir hadisə baş verib: Zapaşnı qardaşları sirkinin çıxışı zamanı akrobat Anton Martynov yüksəklikdən yıxılıb və indi ona hər cür tibbi yardım göstərilir", - deyə rəhbərlik bildirib.

Onlar həmçinin qeyd ediblər ki, hadisənin səbəbləri araşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru