“Tamaşaçılar bayağı mahnılar üçün ölürlər” – Əməkdar artist

28-02-2018, 20:19           
“Tamaşaçılar bayağı mahnılar üçün ölürlər” – Əməkdar artist
"ARB Ulduz"un “Virtual Həyat” verlişinin növbəti qonağı əməkdar artist Babək Niftəliyev olub.

Babək Niftəliyev müğənnilərin bu gün pul üçün çalışdığını deyib:

“İki gün bundan əvvəl “Sənsiz keçən ömür” mahnımı ifa etmişəm. Mən inanmırdım ki, həmin mahnını indi kimsə istəyər. Gözləmədiyim anda həmin ifamı səsləndirməyimi söyləyirlər.

Mən çox şit mahnılar ifa edə bilmərəm. Bu dəqiqə müğənnilər ancaq toy üçün mahnılar yazdırırlar. Bir şeyi xatırlamaq lazımdır ki, bizim böyük bəstəkarlarımız olub ki, onlar xalqımıza böyük əsərlər bəxş ediblər. İndi onlar səslənəndə adamın tükləri biz-biz olur.

Hamı bir şeyi düşünür ki, “tutuzdursaydım” yaxşı olardı. İstəyirlər ki, partlayış etsinlər. Baxırsan ki, artıq sənət cılızlaşmağa doğru gedir”.

Son olaraq əməkdar artist, sənəti olmayan müğənnilərin kifayət qədər tamaşaçısının çox olduğunu qeyd edib:

“Bəzən səsə ehtiyac olmur. Bütün tamaşaçıları bura aid etmək olmaz. Ancaq onların bir qismi bayağı mahnılar üçün “ölürlər də”. Həmin mahnı səslənəndə dəli-divanə olurlar. Sən də qıraqdan baxıb deyirsən ki, biz belə bir vəziyyətə əlavə nə söyləyə bilərik ki, qalq sevir də. Bilmirsən, sən korlanmısan, yoxsa...Amma şükürlər olsun ki, biz öz yerimizdəyik”.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.