Bir evdə iki yad insan kimi yaşayan MƏŞHURLAR haqqında ŞOK İDDİA - FOTO

2-03-2018, 11:08           

Fahriye Evcen ilə Burak Özçivitin bir müddətdir küsülü olduğu iddia olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur cütlüyə nəzər dəyib. Cütlüyə yaxın mənbələrin sözlərinə görə, heç bir il evli olmayan aktyorlar dava ediblər, bir neçə həftədir danışmırlar. Onlar bir evdə iki yad insan kimi yaşayır. Cütlüyün mübahisə etməsi keçən həftə “GQ” jurnalının mükafatlandırma mərasimində üzə çıxıb.

Burak Fahriye ilə küsülü olduğundan gecəyə tək qatılmalı olub. O, jurnalistlərin “Mərasimə niyə tək gəlmisiniz” sualına “Fahriyenin işləri var. Odur ki, yalnız iştirak etməli oldum" demişdi.

Lakin məlum olub ki, Fahriye Evcen mərasimin baş tutduğu vaxt evdə olub. O, instaqramda evindən kadrlar paylaşıb. Yalanı ortaya çıxan Burak Özçivit əsəbiləşərək Fahriye Evcenə zəng edib və paylaşdığını silməyi tələb edib. Fahriye Evcen instaqramın hekayə hissəsindən paylaşımını silsə də, bu hadisədən sonra cütlüyün arasında ikinci böyük mübahisə baş verib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru