Tanınmış bəstəkar ölüm ayağında: Beyni dayandı - Həyat yoldaşından açıqlama

2-03-2018, 13:58           
Tanınmış bəstəkar ölüm ayağında: Beyni dayandı - Həyat yoldaşından açıqlama
Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti ağırlaşıb.
Bu barədə AzNews.az-a bəstəkarın həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, həkimlər Tahir Əkbərin beyninin fəaliyyətinin dayandığını bildirib:
“Həkimlər nə lazımdırsa, etdilər, amma nəticəsi olmadı. 3 həftədən yuxarıdır ki, səhhəti qəfildən ağırlaşdı. Bütün müayinələr olundu, məlum oldu ki, beyninin fəaliyyəti dayanıb. Həkimlər daha ümid yoxdur deyə, onu evə aparmağımızı məsləhət gördülər. Tahir evdədir, daha onun yaşamasına ümid yoxdur”.
Qeyd edək ki, T.Əkbərin 2017-ci ilin noyabr ayında səhhəti ağırlaşıb. Həkimlər onun insult keçirdiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.