Elşad Xosedən jurnalistlərə AĞIR SÖZLƏR

3-03-2018, 13:37           
Elşad Xosedən jurnalistlərə AĞIR SÖZLƏR
Məşhur reper Elşad Xose onun ötən gün Respublika Narkoloji Mərkəzdə baş verən yanğın zamanı orda olması haqqında yazan jurnalistləri təhqir edib.
Moderator.az xəbər verir ki, reper mərkəzə sadəcə dostunu ziyarət etməyə getdiyini bildirib.

Amma Yenicag.az xəbər verirdi ki, hadisə zamanı tanınmış reper Elşad Xose də Narkoloji Mərkəzdə olub. Sayt iddia edirdi ki, reper aşağıdakıları bildirib: “Səhər xəbəri eşidən kimi dəhşət içində hadisə yerinə qaçdım. Çünki mənə doğma olan dostum orda müalicə olunur. Xoşbəxtlikdən həmin oğlan qonşu korpusda olub, xəsarət almayıb. Gözümün önündə xeyli adam diri-diri yanaraq, kül oldu. Özü də son vaxtlar həmin xəstəxanada narkomanların sayı həddən artıq çox idi. Görünür insanlar özlərini realizə edə bilmədiklərindən bu yolu seçiblər. Nə qədər adam öldü, Allah rəhmət eləsin. Evə gəlmişəm, hələ də o dəhşətli mənzərə gözümün önündən getmir. Gördüklərim dəhşət idi”.

UlduzumSan.Az bildirir ki, amma görünür Xose belə bir şey deməyib və o, həmin məlumatı yazan jurnalisti ağır ifadələrlə təhqir edib...













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.