Biletlərdə qeyri-adi xəbərdarlıq: Konsertdə rəqs etmək qadağandır
5-03-2018, 00:14
Məşhur misirli müğənni Tamer Hüsninin Səudiyyə Ərəbistanında təşkil edilən konserti üçün nəzərdə tutulan biletlər üzərində maraqlı xəbərdarlıq edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 30 martda təşkil ediləcək konsertə biletlər 1,5 saatda satılıb. Satışa çıxarılan 6 min bilet üzərində “Konsertdə rəqs etmək qəti qadağandır” xəbərdarlığı edilib.
Konsertdə qadın və kişilər fərqli yerlərdə oturaraq müğənninin çıxışını izləyə biləcəklər.
Qeyd edək ki, sərt qaydaların hökm sürdüyü Səudiyyə son dövrlərdə bəzi güzəştlər edərək ölkədə musiqi tədbirlərinə icazə verir.