“Oskar”ın qalibləri bəlli olub

5-03-2018, 16:26           

Los Ancelesdə 90-cı “Oskar” mükafatının təqdimetmə mərasimi keçirilib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə ilin ən yaxşı filmi “Suyun forması” olub.

Onun rejissoru Gilyermo del Toro isə “Ən yaxşı rejissor” nominasiyasında birinci olub.

“Ən yaxşı aktyor” kimi Qari Oldmen, “Ən yaxşı aktrisa” kimi isə Frensis Makdormand seçiliblər.

Sebastian Lelilonin “Fantastik qadın” filmi “Ən yaxşı xarici film” kateqoriyasında birinci olub. Bu mükafat uğrunda rus rejissor Andrey Zvyagensevin “ Sevgisizlik” filmi də yarışırdı.

“Ən yaxşı tammetrajlı animasiya filmi” nominasiyasında qalib “Kokonun sirri” olub.

Ceyms Ayvori isə “Məni öz adamlı çağır” filminə görə (Andre Asimanın eyni adlı romanı əsasında) “Ən yaxı adaptasiya olunmuş ssenari” nominasiyasında qalib seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru