Anar Nağılbazın keçmiş həyat yoldaşı intim videodan danışdı: “Yaymaq istəsəydim 6 il öncə edərdim”

7-03-2018, 13:48           
Anar Nağılbazın keçmiş həyat yoldaşı intim videodan danışdı: “Yaymaq istəsəydim 6 il öncə edərdim”
“Xəzər” TV-də prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər Şey Daxil” verilişinin qonağı reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva olub.
Reperin intim videosunu yayaraq qalmaqal yaratmaqda günahlandırılan A.Cəbiyeva ittihamlara cavab verib:
“Mən sözügedən videonu yaymaq istəsəydim 6 il öncə edərdim. İctimailəşdirməməyimin səbəbi isə övladlarımın olması idi. Onların gələcəkdə kiminsə yanında başı aşağı olmasını istəmirdim.
Evlənməyinə gəldikdə isə ona xoşbəxtlik arzulamışam. Həmin qalmaqalı mən yaratmamışam. Sadəcə övladlarımın hüququnu tələb etmişəm.
Uşaqların nənəsi də nəvələrinə yad münasibət bəsləyir. Mən həmin evə gəlin deyil, qızları kimi köçmuşdüm. Əvvəlcədən də bilirdim ki, qayınana və qayınatalı evdə yaşayacağam. Məndən onlara zərrə qədər belə ziyan gəldiyini deyə bilməzlər. Hazırda Anar digər iki qardaşı ilə eyni evdə yaşayır. Onlar da boşanıb. Hazırda hər 3 qardaş evlənməyə hazırlaşır”.
Prime-Time












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.