“Onun arvadı, mənim məşuqəm olarsan” — Rusiyalı deputatdan jurnalist Fəridə Rüstəmovaya əxlaqsız təklif

8-03-2018, 00:45           

BBC-nin məşhur jurnalisti Fəridə Rüstəmova Rusiyada zorakılığa məruz qaldığını bildirib.
“Ölkə.Az” xəbər verir ki, Fəridə BBC-nin Rusiya üzrə nümayəndəliyində işləyir və siyasətçi Leonid Slutski tərəfindən zorakılığa məruz qaldığını bildirib. Jurnalist 1 il əvvəl baş vermiş hadisənin səsyazısını təqdim edib.
Jurnalist Leonidlə parlamentdə görüşüb. Söhbət əsnasında siyasətçi Rüstəmovaya BBC-dən çıxıb onun yanında işləməyi təklif edir. Rüstəmova isə ona rədd cavabı verir. Siyasətçi isə “məndən uzaq gəzirsən, məni öpmək istəmirsən, ürəyimi qırırsan” deyib.
Jurnalist siyasətçiyə sevgilisi ilə evlənməyi planlaşdırdığını bildirib. Slutski isə “Əla, onun arvadı mənim məşuqəm olacaqsan”,- deyib.
Fəridə Rüstəmova Slutksinin ona tərəf yaxınlaşaraq fiziki təcavüz etdiyini də bildirib.
Rusiya parlamenti Dumasının sədr müavini Slutski isə ittihamları rədd edərək məhkəməyə müraciət edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru