Nura Suri ondan sui-istifadə edənlərə səsləndi
8-03-2018, 14:41
Müğənni Nura Suri maraqlı açıqlama verib.
Muztv.az xəbər verir ki, sosial şəbəkələrdə aktiv olan və bir çox ciddi məsələləri elə internet üzərindən qabardaraq iradını bildirən cazibədar ulduz xeyirxah əməlinə görə ondan istifadə edənlərdən söz açıb:
“Məni Nura olaraq qəbul etməlidirlər. Ona görə yox ki, kimsə məndən nəsə gözləyir ki, mən bunu ona edə bilərəm. Əgər mən öz xeyriyyə işimdən istehlakçı kimi istifadə edirəmsə, əlbəttə, o insan da fikirləşəcək ki, Nuradan gedib nə istəsəm o mənə kömək edəcək. İndi mən dost, şəxsiyyət kimi bir kənarda qalıram, əməlimdən daha çox istifadə edirlər. Düşünürəm ki, bunu insan özü özündə yaradır. Bunu rəfiqələrim də deyir ki, sən bizimlə dostluq etmirsən, anamız kimi davranırsan. Kimin problemi varsa, mən onun köməyinə çatmağa hazıram. Kömək etdiyim ailələr var. Hansılara ki, imkan daxilində uzun illərdir yardım edirəm. Amma bunu ictimailəşdirmirəm. Belə hərəkəti sevmirəm. Mən bunu ona görə etmirəm ki, kimsə mənə sağ ol desin. Xarakterimdir. Etməsəm rahatlıq tapmıram. Dəyişə bilmərəm”.