Natavan Həbibi Dado ilə BARIŞDI - FOTO

9-03-2018, 12:01           

Müğənni Natavan Həbibi ilə reper həyat yoldaşı Dado (Səid Əliyev) ilə barışıb.

Publika.az xəbər verir ki, bu barədə Dado instaqram səhifəsində məlumat verib. Dado həyat yoldaşı Natavan Həbibi ilə qucaqlaşdığı şəkli paylaşıb və “Bayramın mübarək, Nat” şərhini yazıb. O, paylaşıma xanımının instaqram hesabındakı adını da işarələyib.

Xatırladaq ki, Natavan Dadodan ayrıldığını ilk dəfə dekabrın əvvəlində öz instaqram hesabında elan etmişdi. Bu hadisədən bir neçə həftə sonra aparıcı Zaur Kamal onların barışıq videosunu paylaşmışdı.

Fevralın əvvəlində isə ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində qonaq olan Natavan Həbibi həyat yoldaşı ilə birdəfəlik ayrıldığını demişdi.

Natavan Həbibi məsələ barədə heç bir münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru