Fatimə ilə Anar barışdı: "Düşmənlər çatlasın"

11-03-2018, 12:17           

Rəqqasə Fatimə Fətəliyeva ilə stilist Anar Ağakişiyev barışıblar.

Qaynarinfo Axşam.az-a istinadən xəbər verir ki, bu barədə rəqqasə sosial şəbəkədə yazıb:

"Anar, bilirəm ki, sənin də ürəyin mənim ürəyim kimidir – ürəyimiz qızıldır. Düşmənlər çatlasın, biz barışdıq. İşinin peşəkarı olan dostum, səndən yoxdur, tayın-bərabərin olmayacaq”.

Xatırladaq ki, Anar verilişlərin birində Fatiməni geyimlərinə görə tənqid etmiş, onu "zövqsüz” adlandırmışdı. Fatimənin bu sözlərə isə cavabı gecikməmişdi. O, "Kimsən ki, məni zövqsüz adlandırırsan? Sən Yudaşkin ola bilməzsən, zövqdən danışmağa haqqın yoxdur. Pula satılmayın”, - deyə stilistə etirazını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru