Real TV-çilər səhəri dirigözlü acdı: Ələşrəfqızı niyə yoxdur?

15-03-2018, 13:09           
Real TV-çilər səhəri dirigözlü acdı: Ələşrəfqızı niyə yoxdur?
Real TV artıq efirdədir, ancaq bu günlərdə məni orda görməyəcəksiz.
Kult.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Ləman Ələşrəfqızı qeyd edib. O bildirib ki, hələ bir müddət Real TV-də olmayacaq:
“Həm peykdən, həm kabel televiziyasından Real TV-yə baxa, tvreal.az vasitəsilə internet üzərindən izləyə bilərsiniz. Düzdür, bu günlərdə məni orda görməyəcəksiz, amma ürəyim dostlarladır. Onlar – Səbinə Heydarova-Ağayeva, Lale Nurəddinqızı, Orxan Məmmədli, Natiq Nailəoğlu, Afət Telmanqızı, Ayşən Rüstəmova və adını çəkə bilmədiyim çoxlu dostum səhəri işdə dirigözlü açıblar. Kİ, səhəriniz REAL xəbərlərlə açılsın”.
L.Ələşrəfqızı kollektivi, həmçinin Real TV-nin rəhbəri Mir Şahini təbrik edirb.
Qeyd edək ki, tanınmış jurnalist L.Ələşrəfqızı hazırda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi vəzifəsində çalışır. Jurnalist bildirib ki, hazırda “Azərxalça” ASC-dəki işinə davam edir: “Hələ ki, köhnə işimdəyəm. Yaxında Real TV-də olacağam”.
[media=https://www.youtube.com/watch?v=fu5v8Y4JdqU#action=share]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru