Bakıda tanınmış aktyor yol qəzası zamanı xəsarət alıb

16-03-2018, 09:42           

Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, Həziyev Yasin Qəni oğlu idarə etdiyi "90-XL-449" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb (Maşının benzin nasosu xarab olub). Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb.
Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Məmmədov Firdovsi Teyyub oğlunun idarə etdiyi "10-LB-746" dövlət qeydiyyat nişanlı "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə Aktyor Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.
Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru