Tanınmış teleaparıcı Ülvira Qarayeva telekanal açır. AzEuroNews.com modern.az-a istinadən xəbər verir ki, yeni açılacaq televiziya siyasətdən uzaq olacaq. Əsasən mədəniyyət kanalı kimi fəaliyyət göstərəcək. Əldə etdiyimiz digər məlumata görə, artıq yeni kanalda çalışmaq üçün işçi heyəti də müəyyənləşib. Televiziyanın yaxın vaxtlarda fəaliyyətə başlayacağı söylənilir. Məsələ ilə bağlı tanınmış aparıcı ilə əlaqə saxladıq, bu barədə danışmaq istəmədiyini deyib: “Bu barədə heç nə danışmaq istəmirəm”. AzEuroNews.com əldə etdiyi məlumata görə isə, yeni kanal “Belə belə işlər” adlı “facebook” səhifəsinindir. Ülvira Qarayeva kanalın baş prodüsseri olacaq. Qeyd edək ki, Ülvira Qarayeva uzun müddət fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunda çalışıb. Axırıncı iş yeri isə ARB olub.