Şəbnəm də Türkiyə şou-biznesinə qoşuldu

17-03-2018, 13:49           

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) Türkiyə şou-biznesinə qatılıb.
UlduzumSan.Az-ın məlumatına görə, Şəbnəm bir neçə gündür bununla əlaqədar İstanbula yollanıb. Əsədova orada bir neçə televiziya və radio proqramına dəvət olunub. Sənətçi eyni zamanda Türkiyədə keçirilən “Uluslararası tükedici zirvesi” mükafatlandırma mərasiminə qatılıb. 31-cisi keçirilən gecədə Şəbnəmə də mükafat verilib.
Sənətçi bildirib ki, İstnabulda “Əli” mahnısına klip çəkdirir: “Çəkilişlərimiz başlayıb. Bundan başqa Ekim Akkaşla “Gelin” adlı mahnını duet şəklində oxuduq. Türkiyədə çox sevilən “Qadasın alaram” mahnımı radiolardan birinə verdim. Yaxın günlərdə Seda Sayanın proqramında və “Beyaz show”da qonaq olacam”.
Şəbnəm də Türkiyə şou-biznesinə qoşuldu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru