Rusiyalı model Dubayda özünü altıncı mərtəbədən atdı

20-03-2018, 13:43           

Dubayda İrkutskdan olan rusiyalı model Yekaterina Stetsyuk, onu öldürməyə çalışan şəxsdən xilas olmağa çalışan zaman özünü altıncı mərtəbədən atıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Life.ru” məlumat yayıb.

Məlumata görə, Stetsyuk möcüzəvi şəkildə sağ qalsa da, onurğa sümüyünü sındırıb və hazırda hərəkəti məhdudlaşıb; başını belə döndərə bilmir.

Modelin üzərində artıq iki dəfə cərrahiyə əməliyyatı aparılıb. Onun sağalacağı bildirilir, belə ki, yerə yıxılan zaman onurğa beyni zədələnməyib.

Məlum olub ki, 22 yaşlı model B.Ə.Ə.-də müqavilə əsasında işləyib. İddiaya görə, adı açıqlanmayan şəxs onunla yaxın münasibətdə olmağa çalışıb, habelə model onun təklifini rədd etdikdən sonra, onu öz nömrəsində öldürmək qərarına gəlib.

Şübhəli şəxsin sonradan Dubay aeroportunda saxlanıldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru