Elza Seyidcahan “Eurovision” üçün mahnı yazıb

5-04-2018, 20:58           

Əməkdar artist Elza Seyidcahanın “Eurovision” müsabiqəsi üçün mahnı yazdığı ortaya çıxıb.
GoldNews.az xəbər verir ki, bu barədə məlumatı yarışmanın Azərbaycandakı rəsmi fan səhifəsi – “Infe Azerbaijan” yazıb.
Bildirilir ki, həmin il Azərbaycan Bəstəkarlar İttifaqından müsabiqə üçün mahnı hazırlanması istənilib. Seyidcahan da “Tapmaca” adlı bəstəsini təqdim edib.
Sonda isə İain Farquharson, Sandra Bjurman və Stefan Orn tərəfindən hazırlanmış “Running Scared” mahnısı seçilib.
Nigar Camal və Eldar Qasımov bu mahnı ilə Azərbaycana qələbə gətirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru