Azərbaycanda qadın boşandığı ərinin evinə yeni ərini gətirdi – VİDEO

6-04-2018, 00:00           

ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti verilişində də daha bir qalmaqallı ailə müzakirə olunub.

Gunaz.org xəbər verir ki, budəfəki şikayətçi 18 yaşlı Bəşir olub. O, anasından boşandığı üçün atasından şikayətçi olub. Atası barədə sərt ittihamlar edən Bəşir bildirib ki, ona bağışlanan mağazanı bibisi əlindən alıb. O, bilmək istəyib ki, nəyə görə atası mağazanı bibisinin adına alıb.

Studiyadakı ekspertlər isə Bəşirin anasının boşandıqdan sonra yenidən evlənməsini kəskin şəkildə qınayıblar. Bu səbəbdən də aparıcı Rövşanə ilə ekspert qismində əyləşən hüquqşünaş Tahir Əlirzayev arasında mübahisə düşüb. Aparıcı fiziki qüsurlu Bəşirin üstünə gedilməsini və qadınlar haqqında bu cür ittihamı kəskin şəkildə pisləyib.

Ekspert Tahir Əlirzayev isə bu söhbətdən sonra studiyanı tərk edib:

“Atan sənə 18 yaşına kimi aliment verib, evini bölüb sizə verib. Bir ata daha nə etsin. Ana boşanmayaydı. Dərhal sonra da ərə gedib və bölünmüş evə yeni yoldaşını da gətirib. Anan ərə gedib, gedin yaşayın. Biz isti yuvasından çıxan qadın da görmüşük. Siz mövqe bildirməyin, aparıcısınız. Bizi bura niyə çağırmısınız. Qadınlar sevgidən də, evdən də qaçır. Qaçır alimentə”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru