Əməkdar artist VƏSİYYƏT ETDİ - “Meyitimi ordan çıxararsız”

7-04-2018, 12:39           

Əməkdar artist, tanınmış aktyor Ənvər Həsənov səhhəti ilə bağlı problemlər yaşayır.
teref.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktyor dərmanla yaşadığını deyib:
“Dərmanla yaşayan adamam, gündə 7 həb qəbul edirəm. Həyatımı, canımı kinoya həsr etmişəm. Avtomobil qəzası keçirəndən sonra kəllə-beyin əməliyyatı olundum, uğursuz alındı, başımda səs-küy var. Dəfələrlə xəstəxanalarda müalicə aldım, amma kömək olmadı. Axırda bezdim, indi xəstəxanaya da getmirəm, elə evdə özüm-özümü müalicə edirəm”.
Aktyor qızına və yaxın dostlarına vəsiyyət etdiyini də bildirib:
“68 yaşım var, ömrümün 53 ilini kinoya həsrt etmişəm. Amma hələ də xalq artisti adını almamışam. Dəfələrlə sevənlərim məndən soruşur ki, niyə hələ də xalq artisti fəxri adını almamısınız, hansı ki, dünən sənətə gələnlər çoxdan xalq artistidir. Özümə hörmət edən adam olmuşam, ağız açmaq xasiyyətimə yaddır. Bu illər ərzində kino mənə hörmət, sevgi qazandırıb. Bu hörməti heç vaxt yerə vurmadım. Vəsiyyətimi də etmişəm. Qızıma, yaxın dostlarıma deyirəm, meyitimi kinostudiyadan çıxararsız. Çünki kino mənim həyatım olub. Bir arzum da var, nəvəmi ev-eşik edim, sonra dünyamı dəyişim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru