Flora-Röya davasına onlar da qarışdı

25-04-2018, 13:43           

Ötən gündən etibarən xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı şou gündəmini zəbt edib. Tərəflərin biri-birinə ağır ittihamları, sərt açıqlamaları mətbuatda dərc edilməyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Röya haqqında köşə yazan F. Kərimova rəsmi instaqram səhifəsində də paylaşımlar etməyə davam edir.
Kərimovanın sərt statuslarını bəyənənlər arasında iki məşhur xüsusi diqqət çəkib. Onlardan biri Nigar Camal, digəri isə İradə İbrahimovadır.
Müğənnilər bu addımları ilə Kərimovaya dəstək olduqlarını bildirməkdən belə çəkinməyiblər. Onların bu addımları sosial şəbəkədə paylaşılıb və müzakirə edilib.
Qeyd edək ki, İ. İbrahimova və N. Camal bir müddət əvvəl R. Ayxanla böyük qalmaqal yaşamışdılar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru