Ağadadaş Ağayevin sözləri Arif Babayevi özündən çıxardı: “Səni başa salaram”

26-04-2018, 17:33           

“Qarabağ muğam məktəbi yoxdur, sadəcə ləhcə var” – xalq artisti Ağadadaş Ağayevin açıqlaması cəmiyyətdə kəskin etirazla qarşılanıb.
Yenicag.az-a açıqlama verən xalq artisti, ustad xanəndə Arif Babayevin də məsələyə münasibəti sərt olub:
“Qarabağ muğamatın, musiqinin beşiyidir, bunu hamı bilir. Elə təkcə Üzeyir Hacıbəyli bəs edər. Ağadadaş səhv danışır, mən onu başa salaram. Buna görə heç kim narahat olmasın. Zaman-zaman bu məsələ müzakirə olunub, amma tarix tarix olaraq qalır. Qarabağ muğam məktəbinin Cabbar, Xan, Seyid Şuşinski kimi xanəndələri olub”.
Qeyd edək ki, Ağadadaş Ağayev bu açıqlamanı Ölkə.az saytına müsahibəsində deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru