Rasim Balayev səhhəti barədə danışdı: "Yaş artıq öz sözünü deyir"

29-04-2018, 18:34           
Rasim Balayev səhhəti barədə danışdı: "Yaş artıq öz sözünü deyir"
Azərbaycanın Xalq artisti Rasim Balayevin səhhəti normallaşıb.

Musavat.com xəbər verir ki, bu barədə modern.az-a R.Balayev özü məlumat verib.

Bu ilin mart ayında Mərkəzi Gömrük Hospitalında əməliyyat olunmuş aktyor ev şəraitində müalicəsini davam etdirdiyini bildirib:

"Demək olar ki, yaxşıyam. Aradabir həkim müayinəsinə gedib-gəlirəm. Nəticələr pis deyil. Həm yaş da artıq öz sözünü deyir, nə etsək də qocalırıq”.

Yenidən səhnələrə qayıtmasına gəlincə, aktyor Azərbaycan kinosunun hazırkı vəziyyətindən xeyli şikayətlənərək, bu barədə düşünmədiyini vurğulayıb.

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə üçün Türkiyəyə göndəriləcəyi nəzərdə tutulmuşdu. Daha sonra həkimin Azərbaycana gəlməsi və aktyoru burada müalicə etməsi qərara alındı. Xalq artistinin müalicə xərcləri dövlət tərəfindən ödənilib. R.Balayev martın 14-də Mərkəzi Gömrük Hospitalında uroloji problemdən dolayı əməliyyat olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru