Erməni Azərbaycan bayrağı fonunda oxudu - VİDEO

30-04-2018, 19:35           
Erməni Azərbaycan bayrağı fonunda oxudu - VİDEO
Ukraynada keçirilən "Ölkənin səsi" adlı mahnı müsabiqəsində erməni müğənninin ifası zamanı Azərbaycan bayrağı dalğalandırılıb.

İnterpress.az xəbər verir ki, ötən gün Ukraynada keçirilən "Ölkənin səsi" mahnı müsabiqəsində səhnədə Azərbaycan bayrağı öz əksini tapıb. Ən maraqlısı odur ki, Azərbaycan bayrağı erməni müğənninin ifası zamanı dalğalanıb.

Belə ki, erməni müğənni Srbui Sarqsyan yarışmada Ermənistandakı "məxməri inqilab"a həsr olunmuş siyasi çıxış hazırlayıb. O, “Rag'n'Bone” qrupunun “Human” hitini müsabiqədə səsləndirən zaman arxa fonda Maydandakı, Ermənistandakı "məxməri inqilab"dan görüntülər əks olunmalıydı.

Amma bununla yanaşı, mahnının sonunda arxa fonda Azərbaycan bayrağı da görüntülənib. Srbui Sarqsyanın ansamblı bundan sonra mahnı müsabiqəsinin prodüsserini və təşkilatçıları ittiham ediblər.

[media=https://www.youtube.com/watch?time_continue=4&v=KXUNT5uqnyc]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru