"Təhqir edəni polis tapdı, məndən üzr istəddirdi..." - Afaq Gəncəli xəbərdarlıq etdi

2-05-2018, 17:27           
"Təhqir edəni polis tapdı, məndən üzr istəddirdi..." - Afaq Gəncəli xəbərdarlıq etdi
Aparıcı Afaq Gəncəli izləyicilərinə xəbərdarlıq edib.

BiG.AZ bildirir ki, aparıcı sosial şəbəkədə ona təhqirlər yazanları məhkəmə ilə hədələyib:

"Səhifəmdə bir dəfə bu növ xəbərdarlıq etmişdim. Buna baxmayaraq əməlləri təkrar edənlərə rast gəlirik. Bu günlər ərzində dəfələrlə təhqir yazan şəxslər rəsmi yolla tapılaraq müəyyənləşdirildi və şəxslər üzr istəyib, onları ictimaiyətə tanıtmamağımızı xahiş etdilər. Lakin yenə oldu...

Xəbər saytlarının birində mənə məxsus videonun şərhləri arasında bəzi izləyicilərin təhqiramiz şərhlərinə rast gəldik. Buradan son xəbərdarlıq olunur: Etdiyiniz şərhlərə görə üzr istəməsəniz, hər biriniz tək-tək tapılaraq məsuliyyətə cəlb olunacaqsınız. Təhqir Azərbaycan Respublukası Cinayət Məcəlləsi 148-ci maddə üzrə cinayətdir. İnstaqramda mənəm-mənəm deyib, tərbiyəsiz şərhlər yazanlar, özünüzə hörmət edin. Yazıb, sonra üzr istəməyin, şəxsiyyətinizi qoruyun".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru