Rəqsanə qızı ilə baş həkimin qalmaqalı haqda: "Hələ o nə videodur..."

2-05-2018, 17:37           

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysunla 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva arasında qalmaqal yaşanıb.

Aysun uşaq evinə gələn ərzaqların və bezlərin baş həkim tərəfindən öz evinə aparıldığının yer aldığı videolar paylaşıb.

teref.az Axsam.az-a istinadən xəbər verir ki, Rəqsanə qızının paylaşımına münasibət bildirərək, ona dəstək olub:

“Mətbuatda qızım Aysunun körpələr evi ilə bağlı çəkdiyi və paylaşdığı görüntülərdən danışılır. Övladımın etdiyi bu hərəkət alqışlanmalıdır. Yetimin haqqı yeyilir, Azərbaycan gəncləri belə olmalıdır, haram yeyənlərin basıb gözünü çıxarmalıdırlar. O ki qaldı kiminsə övladımı məhkəmə ilə hədələməsinə, qızımın yanındayam. O insanlara demək istəyirəm ki, hələ o nə videodur... Haqsızlıqlarınızın yer aldığı nə videolar var əlimizdə. Cavab verin, niyə daşıyıb aparırsınız? Gec-tez burnunuzdan gələcək. Övladıma kimin sözü varsa, məni yığsın”.


Qeyd edək ki, baş həkim Aysunu məhkəməyə verməklə hədələyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru