“Sərxan, Zaurlar, ARB kanalı nə oyunlardan çıxırlar?” - Xalq artistindən Rasim Balayevə dəstək

5-05-2018, 22:50           
“Sərxan, Zaurlar, ARB kanalı nə oyunlardan çıxırlar?” - Xalq artistindən Rasim Balayevə dəstək
Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik həmkarı Rasim Balayevə dəstək verib.
AzNews.az xəbər verir ki, sənəktar həyatlarını yalan üzərində quranların efirdə at oynatdıqlarını bildirib:
“Rasim Balayev düz deyir. Telekanallardakı əxlaqsızlığa artıq dözmək olmur. Sərxan, Zaurlar, ARB kanalı nə oyunlardan çıxırlar? Görmürsən? Sənəti, vücudu, daxili aləmi saxta olan, yalan üzərində həyatlarını quranlar efirdə at oynadırlar. Efirə çıxan milli ənənəyə, mentalitetə uyğun geyinib xalqın qarşısına çıxmalıdırlar. Öz evində nə oyundan çıxır-çıxsın”.
Qeyd edək ki, xalq artisti Rasim Balayev Azərbaycanda televiziya sədrlərini tənqid edib. Aktyor telekanal rəhbərlərini əxlaqsız adamları efirə çıxarmaqda günahlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru