Erməni haker Peris Hiltonun fotolarını və 120 min dollarını oğurlayıb

6-05-2018, 12:02           
Erməni haker Peris Hiltonun fotolarını və 120 min dollarını oğurlayıb
Erməni əsilli haker Peytsar Bxçadjyan amerikalı aktrisa və müğənni Peris Hiltonun açıq-saçıq fotolarını və 120 min dollarını oğurlayıb. "Report" xəbər verir ki, bu barədə "TMZ" nəşri bildirib. Məlumata görə, haker 2015-ci ildən 2017-ci ilə qədər Hiltonun hesabına və "iCloud"da daxil olub. Fırıldaqçı qadın bank kartlarının köməyi ilə Hollivudun "Ruzvelt" mehmanxanasında nömrə icarəyə götürüb. Onda müğənni təxminən 40 min dollar itirib. Daha sonra o, Hiltonun adından aktrisanın köməkçisinə kənar hesaba 80 min dollar köçürməyi xahiş edib. Həmçinin bildirilir ki, cinayətkar Peris Hiltonun intim şəkillərini də əldə edib. Ancaq onun bu fotolarla nə etdiyi dəqiq məlum deyil. Erməni əsilli haker 2017-ci ildə tutulub. Mayın 7-də məhkəmə onun barəsində hökm çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru