Lissabonda "Eurovision-2018" mahnı müsabiqəsinin rəsmi açılışı olub

7-05-2018, 09:03           

Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision" beynəlxalq mahnı müsabiqəsi rəsmi olaraq start götürüb. APA-nın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, təntənəli açılış mərasimi Lissabonun İncəsənət, memarlıq və texnologiya Muzeyində keçirilib.

Bu il müsabiqəyə 43 ölkə qatılıb. "Eurovision-2018"-in birinci yarımfinalı mayın 8-də, ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.
Azərbaycanı müsabiqədə "X my heart" mahnısı ilə Aysel Məmmədova təmsil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru