Avroviziyanın I yarımfinalının açılışını Azərbaycan təmsilçisi edəcək

8-05-2018, 07:34           
Avroviziyanın I yarımfinalının açılışını Azərbaycan təmsilçisi edəcək
Avroviziya beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı Lissabonun "Altice" arenada keçiriləcək. "Report" TASS-a istinadən xəbər verir ki, müsabiqədə 19 ölkə yarışacaq. Tədbirin açılışında Azərbaycan təmsilçisi Aysel çıxış edəcək. Püşkatmaya əsasən həmin axşam İslandiya, Albaniya, Belçika, Çexiya, Litva, İsrail, Belarus, Estoniya, Bolqarıstan, Makedoniya, Xorvatiya, Avstriya, Yunanıstan, Finlandiya, İsveçrə, İrlandiya, Kipr və Ermənistan təmsilçiləri çıxış edəcəklər. Müsabiqədə həmçinin Portuqaliya, İspaniya və Britaniya təmsilçiləri də çıxış edəcəklər. Portuqaliya ev sahibi olduğundan finalda birbaşa iştirak hüququna malikdir. Müsabiqənin finalı mayın 12-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru