Dövlət Departamenti Türkiyəyə С-400 komplekslərini alacağı təqdirdə "ciddi fəsadlarla" xəbərdarlıq edib

26-10-2018, 07:33           
Dövlət Departamenti Türkiyəyə С-400 komplekslərini alacağı təqdirdə "ciddi fəsadlarla" xəbərdarlıq edib
ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Türkiyənin Rusiyaya məxsus C-400 zenit-raket komplekslərini alması bu ölkə üçün "ciddi fəsadlarla" nəticələnəcək.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, rəsmi Vaşinqton Ankaraya mümkün sanksiyalar və ciddi fəsadlar barədə xəbərdarlıq edib. Dövlət Departamentində həmçinin vurğulayıblar ki, bu alış NATO-nun Varşavadakı sammitində müttəfiqlərin üzərinə götürdüyü öhdəliyi pozur.

Vaşinqton əvəllər də Türkiyə ilə Rusiyanın bu əməkdaşlığına mənfi münasibətini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan C-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı Amerikanın rəsmi Ankaraya ünvanlanan çağırışlarına cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru