Erməni türk ölkəsinin I xanımı oldu – Etiraz başladı

26-10-2018, 08:06           
Karine Xəbirova Avetisyan adlı erməni qadının Başqırdıstanın yeni birinci xanımı olmasına etirazlar başlayıb.
Erməni türk ölkəsinin I xanımı oldu – Etiraz başladı

Axar.az xəbər verir ki, bir neçə gün öncə Başqırdıstanın rəhbəri Rüstəm Həmidov səhhəti və yaşı ilə bağlı vəzifədən və siyasətdən getmək istəyini bildirmişdi. Onun istəyi nəzərə alınmışdı və Rusiya lideri Putinin sərəncamı ilə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdi.

Başqırdıstanın yeni rəhbəri seçilənədək isə Putinin sərəncamı ilə Radi Faridoviç Xəbirov əvəzedici təyin edilmişdi. Bu təyinatla da Xəbirovun erməni arvadı birinci xanım statusu alıb.

Avestisyan ixtisasca stomotoloqdur. O, 2006-cı ildə Kuban Tibb Universitetini bitirib. Məlumata görə, o, Radi ilə tanış olduğu zaman himayəsində məktəbli övladı olub. Həmçinin cütlüyün ötən il dünyaya gələn oğlan övladına Radi Xəbirov öz atasının (Farid/Fərid) adını verib.

Erməni millətindən olan bir qadının Başqırdıstanın birinci xanımı statusunu müvəqqəti də olsa daşıması isə başqırdların etirazına səbəb olub. Sosial şəbəkədə bunu tənqid edən başqırdların etirazları genişlənməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru